Ukrayna polisi azərbaycanlı məhkumun yaxınlarını döyüb - VİDEO

  • Avropa
  • 14 İyn 20:09
  • 496 Oxunma
img
+    -

Ukraynanın Kiyev vilayətinin İrpen şəhər məhkəməsində iclas fasiləsi zamanı qəribə olay yaşanıb. Journalist Newskanalının araşdırmasına görə, azərbaycanlı məhkum, 1973-cü il təvəllüdlü Əfsər Məmmədov məhkəmə fasiləsi zamanı ona nəzarət edən pentensiar polislərini yayındıraraq, pəncərədən tullanaraq qaçıb. O, bunu cibində gizlətdiyi xüsusi həbləri polislərin su stəkanlarına gizli atıb, onları yuxuya verərək bacarıb. 
Azərbaycanlı məhkumun saxlanmasına səbəb də, tanış olduğu xanımların evlərinə gedərək, onlara xüsusi həb verib, yatızdıraraq, evlərini qarət etməsi olub. O, çoxsaylı şikayətlərdən sonra polis tərəfindən saxlanıbmış.
Məhkəmədən gözlənilməz şəkildə qaçış Kiyev vilayət polisini qəzəbləndirib. Belə ki, Ə. Məmmədovun qaçandan sonra Kiyevdə Dniprovski rayonu, Almatinski 54 ünvanında çadırda xırda ticarətlə məşğul olan qohumlarının yanına baş çəkməsi həmyerlilərinə baha başa gəlib. Mülki geyimli polislər  dərhal ora gələrək onun qohumları Əlverdi və Fikrət Məmmədov qardaşları, onların həmkəndlisi Xəzər Cabbarov, Elman Mənsimov və Saday Cabbarovdan axtardıqları şəxsin yerini tələb ediblər. Qohumları inkar etdikdə isə polislər onları elə oradaca döyüblər. Əfsər Məmmədovun qohumları onun ucbatından ciddi xəsarət alıb və təcili Kiyevdəki xəstəxanalrdan birinə çatdırılıblar.
Polis isə isti izlərlə Ə.Məmmədovu yaxalayaraq istintaqa təhvil verib.
Döyülən azərbaycanlılarla  bağlı Azərbaycanın Ukraynadakı səfirliyi Ukrayna Baş Prokurorluğuna müraciət edib. Azərbaycan diasporu isə yaralılar ilə görüşərək yazılı müraciətlərini alaraq Ukrayna Dövlət İstintaq Bürosuna təqdim edib. Məsələ hazırda nəzarətdə saxlanılır.

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar