Ukraynadakı aztəminatlı ailələrə növbəti yardımlar göndərilib - FOTO

  • Avropa
  • 12 Fev 03:19
  • 1261 Oxunma
img
+    -

“Ukraynanın müxtəlif vilayətlərində yaşayan aztəminatlı azərbaycanlı ailələrə hər ay hərəsi 30 kiloqram olan, ərzaq məhsullardan ibarət bağlamalar göndəririk”. Bunu “Xeber.de”yə açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmlər doktoru Hikmət Cavadov söyləyib. Onun sözlərinə görə, yardımların əsas məqsədi soydaşlarımızın yanında olmaq və onlara hər cür dəstək vediklərini göstərməkdir.

“Hər birimiz  bilməliyik ki, diaspor olmaq birlikdən və milli maraqlara xidmətdən keçir. Artıq iki ildir ki, Ukraynanın müxtəlif vilayətlərində yaşayan aztəminatlı azərbaycanlı ailələrə hər ay müxtəlif növ ərzaq məhsullarından ibarət 30 kiloqramlıq bağlamalar göndəririk. Bu aydan etibarən ərzaq dəstəyi verilən ailələrin sayı 200-ə çatıb. Vilayətlərə göndərilən bağlamaların çatdırılması üçün müvafiq poçt ödənişini də həyata keçiririk ki, ərzağı qəbul edən soydaşlarımız çətinlik çəkməsinlər. Artıq bir neçə ildir ki, Ukraynada "Xaricdə soydaşlarına dəstək ol!" şuarı altında bu cür yardım kampaniyaları həyata keçirilir. Yardım kampaniyalarında diaspor fəalları da yaxından iştirak edirlər. Xüsusilə, bütün bu işləri təşkil edən Oqtay Əfəndiyevə böyük təşəkkür düşür -  deyə, H.Cavadov bildirib.

Xeber.de
 

Oxşar yazılar