Vasif Talıbov Türkiyədən qayıdan tələbələri NMR-a buraxmadı - VİDEO

img
+    -

Koronavirus pandemiyası ilə bağlı Türkiyədən Azərbaycana qayıdan tələbələr  “Sədərək-Dilucu” sərhəd keçid məntəqələri arasındakı neytral ərazidə gözləyirlər. Xeber.de-nin məlumatına görə, buna səbəb tələbələrin Naxçıvan Muxtar Respublikasına (NMR) buraxılmamasıdır.

Tələbələrdən Xeber.de-yə bildirilib ki, 250-dən çox tələbə Türkiyə Dilucu Gömrük Keçid Məntəqəsini keçdikdən sonra Sədərək gömrükçüləri fövqəladə hallar üçün olan dəhlizi bağlayıb. Onlara bildirilib ki, Türkiyə - Azərbaycan sərhəddi iki ölkənin razılaşması əsasında bağlanılıb. 

“Bizə dedilər ki, sərhədlər bağlı olduğu üçün əvvəlcə bizə məlumat verməli idiniz. Fövqəladə hallar üçün dəhliz var ki, onu müvəqqəti olaraq aça bilərlər. 250-dən çox tələbə saatlarla ac-susuz burda gözləmək məcburiyyətində qalıb. Bir nəfər də olsun bizə yaxınlaşıb, maraqlanmır. Elə bir yad planetdən düşmüşük. Bayaq bir gömrük işçisi bildirdi ki, göstəriş Muxtar Respublika rəhbərliyindən gəlib, ona görə onların icazəsi olmadan sizləri buraxa bilmərik. Bu vəziyyət nə qədər davam edəcək, bilmirik. Artıq geriyə- Türkiyəyə də qayıda bilmirik”- deyə tələbələrdən biri Xeber.de-yə bildirib. 

Məsələ ilə bağlı Xeber.de Sədərək Gömrük Keçid Məntqəsi ilə əlaqə saxlayıb. Məntəqədən bildirilib ki, hazırda bu problem həlli istiqamətində iş aparılır.

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar