“Vəkil faktsız hansısa uğura zəmanət verə bilməz”-Aleksandr Mamedov

  • Avropa
  • 03 Avq 03:55
  • 239 Oxunma
img
+    -

Almaniyada çalışan məşhur hüquqşünas Aleksandr Mammedovun bu ölkədə azərbaycanlı jurnalistlər tərəfindən çap olunan aylıq  “Avropost” qəzetinə müsahibəsini təqdim edirik: 

Siyasi təqib nədir ?

- Siyasi təqib odur ki, insan öz müdəfiəsin başqa ölkədə axtarmaq məcburiyyətində qalır, çünki öz ölkəsində diskriminasiya məruz qalır. Diskriminasiyanın səbəbləri müxtəlif ola bilər. Dini baxışlara görə, müxalif siyasi baxışlara görə, başqa milliyətə mənsub olduğuna görə və ya seksual orentasiyaya görə. Bu səbəblərin birindən insan dövlət tərəfindən diskriminasiyaya məruz qalıb, ölkəni tərk edib başqa bir ölkədə sığınacaq istəyirsə bu siyasi təqibdir.


Ümumiyyətlə, sizə siyasi problemə görə çox azərbaycanlı müraciət edir?

– Bəli, çox adam siyasi problemlərlə müraciət edir, amma bir çoxlarıda ümumiyyətlə siyasi təqibin nə olduğunu bilmirlər. Bəzən onlar elə düşünürlər ki, onların adi problemləri siyasi təqibə aiddir. Məsəsən, Azərbaycanda nəsə baş verir, kimsə sizə qarşı haqsızlıq edir və ya məsələn, kimləsə aranızda düşmənçilik yaranır bu hələ o demək deyil ki, bu sırf siyasi təqibdir və diqər ölkələr size yardım edəcəklər. Bəziləri düşünür ki, bu tipdə olan hadisələr onlara burda bir başa yardım almağa kömək edəcək. Amma əslində elə olmur.


Siz demək istəyirsiz ki, sizə müraciət edənlərin çoxları siyasi təqibin nə olduğunu bilmirlər ?

– Bəli, doğrudanda bir çoxları siyasi təqibin nə olduğu anlamırlar. Çoxları qanunlardan bixəbərdi. Burda da çox şey insanın savadından aslıdır. Çünki savadlı insalar ölkəsini tərk etməkdən əvvəl informasiya toplayır, xəbərdar olur, qanunlarla maraqlanır. Bəziləri  isə, məktəb bitirməyiblər, üzündən oxumağı belə bacarmırlar,  öz doğma dilində danışmağa belə çətinlik çəkirlər. Bu cür insanların heç təsəvürü belə olmur ki siyasi təqib nədir. Ona görə də bu adamların əksəriyyəti neqativ cavab alır.

Bəli o adamlar sonra ölkəni tərk etməyə məcbur olurlar. Bəs vəkilin bu işdə rolu nə olur  ?

– Vəkilin bu işdə rolu odur ki, o sadəcə öz xidmətlərin təklif edir. Heç bir vəkil heç bir şeyə və ya faktsız hansısa uğura belə zəmanət verə bilməz. Çünki bu işdə vəkildən başqa bir çox şeylər rol oynayır. Qərarı vəkil özü çıxarmır. Ona görə də heç bir şeyə söz vermək olmur. O demək deyil ki, vəkil bunu istəmir. Onun qanunla bunu etməyə icazəsi yoxdur. Məsələn, siz elektrik malları mağazasında bir elektoronik cihaz alsanız sizə iki illik zəmanət verəcəklər. Bir müddət sonra həmin cihaz xarab olsa, siz aparıb onu geri qaytara bilərsiniz. Amma vəkilin işi elə deyil, o sadəcə öz xidmətlərini təklif edir. Baxın həkimlərin işidə belədir. Məsələn, siz həkimə gedib ürək ağrısından şikayət etsəniz o, sizi müalicə etməyinə edəcək, amma  sizə heç bir zəmanət verməyəcək. Əməliyyatdan öncə sizə kağıza qol çəkdirəçək ki, o heç bir şeyə görə öhdəçilik daşımır. Çünki əməliyyatdan sonra nəticə başqa cür də ola bilər. Çox vaxt da insanlar məhz bunu başa düşmürlər. Onlar düşünürlər ki, əgər onlar vəkilə pul ödəyirlərsə mütləq qarşılığında vəkil bir mənalı onlara uğurlu nəticə qazanmalıdır. Amma, əslində bu mümkün deyil. Çünki, bu işdə çox şey səbəblərdən aslıdır. Əgər kimisə öz ölkəsində sadəcə polis bölməsinə çağırılıbsa o hələ demək deyil ki, bu adama öz ölkəsində təzyiq göstəriblər. Lap 10 vəkil tutsanız sizə kömək etmək mümkün olmayacaq. Bəzi adamlar indiyə gədər heç vaxt vəkillə işləmədiklərinə görə, sonradan bəzi anlaşmamazlıqlar da olur. Onlar düşünürlər ki, pul odədiklərinə görə, sonda mütləq yaxşı bir nətiçə olmalıdır. Amma, əslində bu çox yalnış bir fikirdir.
Başa düşmürlər ki, onları sorğulayan miqrasiya idarəsinin müffətişi olur. Müffətiş sizə inana da,  bilər inanmaya da. Məsələn, neqativ aldıqdan sonra ikinci məhkəmə zamanı hakimin bu işə necə bir cavab verəcəyini öncədən heç kim deyə bilməz. Yenə də, müffətiş kimi hakim də sizə inana da, bilər inanmaya da. Bir çox şeylər əslində vəkildən aslı deyil. Ona görə də, demək mümkün deyil insan pozitiv cavab alacaq  yoxsa, neqativ. Çünki yekunda qərarı məhkəmə çıxarır, vəkil yox.


Düzdür, amma məhkəməni inandırmaq da vəkilin işidir elə deyilmi ?

– Bəli, vəkilin də işi elə bundan ibarətdir ki, o məhkəməni inandırmağa çalışır. Prosesi aparmaq , prosesə təsir etmək.


Yəqin ki, inandırmaq üçün vəkildə hansısa sübutlar olmalıdır ?

– Sübutlar əlbətdə ki, olmalıdır. Vəkilə isə, müştərinin yalan və ya doğru danışmağı, sübutların doğru və ya yalan olmağı maraqlı deyil. Hansı sübutlar vəkilə verilirsə vəkil o sübutlarla da işləyəcək. Aydın məsələdir ki, əgər sübutlar zəyifdirsə və əsassızdırsa vəkil də bu işdə yardımçı ola bilmir.


Bəs hansı sübutları məhkəmədə göstərmək olar ?

– Ən yaxşı sübut insanın özüdür. Çünki ölkəni qısa zamanda ani tərk edən adam öncədən buna hazırlaşa bilməz, hansısa sənədləri öncədən toplayıb yığsın ki, sonradan kiməsə nəsə sübut etsin. Ona görə də qanun bunu heç tələb belə etmir. Qanun tək onu tələb edir ki, həmən insan öz əhvalatını əminliklə anlatmağa bacarsın. Çox adam elə bunu edə bilmir. Bildiyiniz kimi ər-arvadı hər zaman ayrı-ayrılıqda dindirilər və çox zamanda onların dedikləri üst-üstə gəlmir. Ər başqa şey danışır yoldaşı isə, tamam başqa bir şey. Xanımların çoxları da elə onu deyir ki, biz ev qadınıyıq, bütün günü ev işləri ilə məşqul olmuşuq. Ərimin nə işlə məşğul olmasından mənim xəbərim olmayıb. Bax bu da bir çox suallar ortaya çıxarır və bir çox şübhələr yaradır.


Bilirsiniz, əslində bizdəAzərbaycanda doğurdan da belə olur. Kişilər adətən onlara qarşı olan təzyiqi öz həyat yoldaşlarından gizlədirlər, onların bunu bilməsini istəmirlər.

– Bəli, bəzən elə olur ki, insanlar yaxınlarından belə hər şeyi gizlədirlər. Amma, siz həyat yoldaşınızla bir yerdə ölkəni tərk edirsinizsə sizin həyat yoldaşınız azından bilməlidir ki, o niyə ölkəni tərk edir. Normal insan maraqlanar həyat yoldaşından ki, niyə ölkəni tərk etmək məcburiyyətindədirlər. Demək istədiyim odur ki, ölkədən çıxanda bunlar bilirlər hara və nə üçün gedirlər. Ona görə də qadınların belə deməsi çox böyük şübhə yaradır.

Bəs insanlar neqativ cavab aldıqda nə etməlidirlər ?

– Sizin icazəniz var ki,  bu qərarla razılaşmayıb məhkəməyə müraciət edəsini. Aonra da məhkəmə prosesi başlayır. Sonda məhkəmə sizin haqqınızda qərar çıxardır.

Bəs deyilənə görə, elə bir cavab forması var ki, ondan sonra məhkəməyə müraciət etmək mümkün deyil, ele bir cavab verilə bilərmi ?

– Xeyir , belə bir cavab forması yoxdur. Hər bir halda siz qərarla bağlı həmişə məhkəməyə müraciət edə bilərsiz. Miqrasiya idarəsinin çıxardığı hər bir qərar administrativ aktdır. Bu aktla da siz razılaşmayıb hər zaman məhkəməyə müraciət edə bilərsiniz.


Bəs siyasi səbəblərdən başqa hansı səbəblərlə sığınacaq almaq mümkündür ?

– Başqa humanitar yardım səbəb ilə sığınacaq ala bilərsiniz. O da əgər sizin öz ölkənizdə konkret olaraq xəstəliyinizlə bağlı  sizin həyatınızla təhlükə varsa. Məhs onda siz humanitar sığınacaq ala bilərsiniz. Birdə əgər sizin ölkəniz müharibə şəraitindədirsə sizin ölkəyə qayıdıb xəsarət almaq təhlükəniz varsa siz sığınacaq ala bilərsiniz.


Bəs əgər kimsə xəstəlikdən əziyyət çəkirsə və müalicə almağa imkanı yoxdursabu halda necə ?

– Əslində nə Asiyada nədə ki, Avropada elə bir ölkə yoxdur. Hər bir ölkədə prezident var, dövlət var, xəstəxanalar var. Həmin adamlar müraciət etsələr çox güman onlara kimsə kömək edər. Əgər siz Somalidə yaşayırsınızsa, orda müharibə gedir, aydın məsələdir orda müalicə olunmaq çox qəliz məsələdir. Orda  dərman belə yoxdur. Aydın məsələdir ki, bu artıq fərqli bir məsələdir.

Axı bəzən elə xəstəliklər olur ki, müalicəsi hər ölkədə olmur.

– Əgər kimdəsə elə bir xəstəlik varsa çox güman ki, o, burada- Almaniyada sığınacaqla təmin olunacaq. İnanın mənə.

Bilirsiz, bizdəAzərbaycanda bəzən elə bir hallar olur ki, insanın müalicəyə ehtiyacı olur amma,0 müalicə almağa imkanı olmur. Çünki bizim ölkədə tibbi sığorta mövcud deyil.

– Bilirsiz, bu halda siz gərək inandırasız ki, doğurdanda orda müalicə ala bilmirsiz və geri dönüşünüz sizin həyatınız üçün təhlükə yarada bilər. Məsələn, kimsə xərçəng xəstəliyindən müalicə alırsa və kimyaterapiya müalicəsi alırsa, onu buradan heç kim göndərə bilməz, çünki aydın məsələdir ki, insanın o müalicəsin dayandırsalar o, dünyasını dəyişə bilər.


Son zaman bir çox qaçqınların problemi Dublinlə bağlı olur. Dublin problemini necə həll etmək mümkündür ?

– Dublin sazişi o deməkdir ki, əgər insan daha öncə hansısa Avropa ölkəsinə daxil olur, orda qalır  və orda sığınacaq üçün müraciət edir. Yada ki, onlar Almaniyaya başqa ölkənin vizası ilə gəliblərsə Dublin sazişi onlara aid ola bilər. O halda Almaniya sizin müraciətinizi qəbul etməyib sizi həmən ölkəyə göndərə bilər. Çünki Avropada “Dublin 3” qanunu mövcuddur. Hansı ki,  ancaq bir ölkədə sığınacaq üçün müraciət etmək mümkündür.


Mən bir daha azərbaycanlıların üzərinə qayıtmaq istəyərdim, azərbaycanlılar ən çox hansı problemlərlə sizə müraciət edirlər?

– Ən çox iqtisadi problemlərlə. Bəs orda yaşamaq mümkün deyil, Kimsə xəstəliklə bağlı problemlərlə , kimi isə, siyasi təqibnən bağlı  müraciət edir. Bəziləri iddia edir ki, onlar orada təzyiqə məruz qalıblar, bəziləri isə, deyir ki, onların hər şeylərini əllərindən alıblar. Adətən bu cür mövzularla müraciət edirlər.


Bəs sığınacaq alan adamlar nə etməlidir, ondan sonra hansı proseslər baş verir ?

– Əgər qaçqın pozitiv cavab alırsa,  ona Almaniyada 3 illik yaşamağa icazə verilir. Bildiyiniz kimi bəzi hallarda 3 il əvəzi 1 il də verilə bilər. Əgər həmin an ölkənizdə müharibə gedirsə və ya geri dönüşünüz sizə zərər yetirə bilərsə sizə müvəqqəti bir illik burada qalmaq icazəsi verilə bilər.


Bəs vətəndaş olmaq üçün nə etməlidir ?

– Bunun üçün siz müvəqqəti oturumdan sonra müddətsiz Almaniyada oturum almalısınız. Ondan savayı sizin işiniz olmalıdır.  Özünüzü təmin etməlisiz, alman dilini bilməlisiz. Hardasa, 7-8  il Almaniyada yaşayıb vergi ödəməlisiz. Yalnız ondan sonra siz vətandaşlıq üçün müraciət edə bilərsiniz. Birdə ki, siz öz vətandaşlığınızdan imtina etməlisiz. Çünki bütün dünyada ikili vətandaşlığa icazə verilmir.

Hansı hallarda sığınacaq statusu itirilə bilər ?

– Məsələn, əgər cinayət törədibsə. Sonradan məlum olur ki, insan özü haqda  yalnış məlumat verib. Yada ki, məsələn, sizin ölkədə müharibə gedir, müharibə bir müddət sonra bitir. İşinizi yenidən araşdırıb sizin statusunuzu ləğv edə bilərlər.
Əgər sizə öz ölkənizə qetmək qadağan olunursa və ora getsəniz statusnuz itirilə bilər. Əgər siz öz ölkənizə  rahat şəkildə gedib- gəlirsizsə deməli sizin orada heç bir probleminiz yoxdur.

Burada çoxları öz xarici pasportunu gizlədərək təqdim etmirlər, bu haqda nə deyə bilərsiz ?

– Kimsə pasportun təqdim edəndə əksinə bu daha inamlı görsənir. Bu sizə qarşı olan inamı dahada artıra bilər. Bu sizin daha çox xeyrinizə ola bilər nəyinki ziyanınıza.  Pasportunuz bir başa sizin kim olduğunuzun sübutudur.


Sonda bir vəkil kimi əlavə nə məsləhətlər verə bilərsiniz ?

– Öncə onu deyim ki, insanlar hər deyilənlərə inanmasınlar. Vəkil seçimində çox diqqətli olsunlar. Bildiyiniz kimi çox adam bura ailələri ilə birlikdə gəlir çoxlarının da uşaqları var.  Dublin məsələlərinə görə, bəzən elə olur ki, bir ölkədən digər ölkəyə qaçırlar. Bu proseslərdən ən çox da uşaqlar əziyyət çəkirlər. Uşaqlar bir il bu ölkədə məktəbə gedir, bir il başqa ölkədə. Şəraitsiz yerlərdə yaşayırlar. Anlamıram ki, insanlar niyə belə edir? Bəzən buna heç ehtiyacları belə olmur.

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar