Xaricdə yaşayanlar orduya necə qatıla bilər ?

  • Avropa
  • 01 Okt 12:23
  • 443 Oxunma
img
+    -

“Xaricdə yaşayan Azərbaycan vətəndaşları ordu sıralarına qatılıb, döyüşlərdə iştirak etmək üçün mütləq səfirliyə müraciət etməlidirlər“. Bunu Xeber.de-yə açıqlamasında Almaniyada yaşayan hüquqşünas Əlövsət Əliyev deyib. Onun sözlərinə görə, həmvətənlərimiz barədə Azərbaycanda çağırış olarsa, xarici ölkələrdəki səfirliklərimiz bu barədə dərhal məlumat verməlidirlər.

“Mən özüm də ordu sıralarına qatılmaq üçün müraciət etmişəm. Xaricdə yaşayan azərbaycanlılar konsulluq qeydiyyatına alınmalı, o zaman hərbi vəzifələrini bildirməlidirlər. Bundan sonra səfriliklər müvafiq olaraq onlar haqqında informasiyanı Müdafiə Nazirliyinə göndərməlidir. Nazirlik araşdırıb, həmin adamların ordu sıralarına qatılıb-qatılmaması barədə yekun qərar verməli və həmin qərarı səfirliklərə göndərməlidirlər”- deyə Ə.Əliyev açıqlamasında qeyd edib.

Məlumat üçün bildirək ki, Avropada Azərbaycan Ordusuna qatılıb, erməni terrorçularına qarşı anti-terror əməlliyyatında iştirak etmək istəyən həmvətənlərimiz sayı həddindən çoxdur.

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar