Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

img
+    -

2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə bu ilin yanvar-aprel ayları ərzində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 42,3 faiz azalaraq 944,7 min nəfər olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ölkə vətəndaşlarının 33,8 faizi İrana, 29,8 faizi Gürcüstana, 20,4 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 6,3 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 68,9 faizini kişilər, 31,1 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 50,3 faiz, Türkiyəyə gedənlərin sayı 42,4 faiz, Gürcüstana gedənlərin sayı 36,8 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 35,6 faiz azalıb.

2020-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,4 faizi dəmir yolu və avtomobil, 16,3 faizi hava, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edilib.

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar