Xəstəxanadan spirt oğurlayan azərbaycanlı saxlanıldı - ALMANİYADA

  • Avropa
  • 19 Mar 19:19
  • 1474 Oxunma
img
+    -

Almaniyada xəstəxanadan spirt oğurlayan Azərbaycan vətəndaşı saxlanılıb. Xeber.de-nin məlumatına görə, bu ilin fevral ayında şəhərdəki xəstəxanalardan birinin anbarından 100 litr spirtin oğurlanması ilə bağlı Münster şəhər polisinə məlumat daxil olub. 

Oğurluğu edən şəxsi isə, ötən günlərdə saxlamaq mümkün olub. Belə ki, 28 yaşlı Azərbaycan vətəndaşı oğurladığı spirti internetdə satarkən müəyyən olunub və polis əmməkdaşları tərəfindən saxlanılıb. Onun Havixbeckdəki evinə də məhkəmə qərarı əsasında baxış keçirilib. 

Polisdəki ifadəsində Azərbaycan vətəndaşı ona qarşı sürülən ittihamla razı olmadığını bildirisə də, barəsində cinayət işi açılıb.

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar