YAP rəsmisi Ramin Əhmədova niyə qəzəblənib?

img
+    -

16 saylı Yasamal seçki dairəsindən deputatlığa namizəd olan Ramin Əhmədov YAP rəhbərliyinin qəzəbinə tuş gəlib. Xeber.de-yə daxil olan məlumatda iddia olunur ki, YAP-ın Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədovun özbaşına qərar verməsi, seçkiyə bitərəf namizəd kimi getməsi, partiya ilə razılaşdırmaması, hakim partiyanın siyahısından olmaması ciddi narazılıq doğurub.

 R. Əhmədova xəbərdarlıq edilib ki, özfəaliyyəti bəyənilmir. Hətta YAP icra katibi Əli Əhmədovun adından ona mesaj verildiyi deyilir. 

Məlumatlı mənbədən saytımıza verilən məlumatda deyilir ki, YAP-da R.Əhmədovu cəzalandırmaqla bağlı qərar da verilib: “O, çox güman ki, deputat olmayacaq. Heç Yasamal seçiciləri də Ramin Əhmədovu tanımır. Onu Nizami sakinləri “yaxşı” tanıyır. Çünki rayon icra başçısı Arif Qasımovun adamıdır, Qara Qarayev prospektində obyektləri var, yaşıllıqların qənimi kimi ad çıxarıb”.

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar