Yaqub Eyyubovun binasına görə Nəsimi sakinlərinin yuxusu ərşə çəkilib - VİDEO

img
+    -

Neçə ildir Nəsimi rayonu Sarabski küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində yaşayan sakinlərin yuxusu ərşə çəkilib. Xeber.de-yə şikayət məktubu yollayan sözügdən ərazidə yaşayanlar iddia edirlər ki, küçələrində neçə ildir inşası davam edən hündürmərtəbəli bina səbəbindən həm gün işığına həsrət qalıblar, həm də yolları, kanalizasiya və su qovşaqları sıradan çıxıb. Nəticədə küçənin demək olar ki, hər 5-10 metrindən bir su gölməçələri meydana gəlib. 

Sakinlər şikayət məktubunda vuğrulayırlar ki, yay-qış küçənin su içində qalması, məktəbli uşaqların gediş-gəlişinə problem yaradır. Eyni zamanda inşaat şirkətinin zəruri təhlükəsizlik tədbirlərinə əməl etməməsi onların həyatını təhlükə altına atıb. 

“Tikinti normalarına əsasən tor üzlük çəkilməli idi. Çünki tikintidən qopan daş və s. parçalar yoldan keçənin başına düşə bilər. Binanın özülü qazılan zaman su və kanalizasiya xətləri zədələnib. Onun üçün sızan su özünə yer tapıb küçənin müxtəlif yerindən çıxır, ərazi gölməçəyə çevrilir. Bütün aidiyyatı qurumlara müraciətimiz isə, cavabsız qalıb”- deyə sakinlər məktublarında qeyd ediblər.

Onların sözlərinə görə, tikilinin sahibinin baş bazirin birinci müavini Yaqub Eyyubov olduğu deyilir: “Yəqin ona görədir ki, Fövqəladə Hallar Nazirliyi, Nəsimi rayon İcra Hakimiyyəti və digər aidiyyatı qurumlar bizim şikayətimiz qarşısında susqunluq nümayiş etdirirlər”.

Sakinlər şikayət məktubunun sonunda qeyd ediblər ki, problem tezliklə həll olunmasa, Prezident Administrasiyasına yürüşü edəcəklər.

Mövzu ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, səlahiyyətli şəxs suallarımızı dinləmədən dəstəyi asıb. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar