Yasamalda 4 hektar ərazini hasara alıb, satışa çıxaran Kərəm Həsənov olub - VİDEO

img
+    -

Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olarkən maraqlı məqama toxunub. Xeber.de-nin məlumatına görə, dövlət başçısı bildirib: “O vaxt məlumat aldım ki, burada böyük bir sahə var, artıq hasarlanıb, hissələrə bölünüb və satışa çıxarılır. Maraqlandım, məlumat verdilər ki, bu, kim tərəfindən zəbt olunub, bunun heç sənədləri də yoxdur. Ona görə dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yol verən insanlar müəyyən edilsin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin…”.

Prezidentin Yasamal rayonunda çıxışı zamanı səsləndirdiyi fikirlər də bu kontekstdə diqqət çəkir və sual yaranır: park üçün nəzərdə tutulmuş ərazini kim(lər) hasara almış və satışa çıxarmışdılar?!

Dövlət başçısı açıqlamasa da təbii ki, bu sualın cavabını bilir, lakin ictimaiyyət üçün də həmin şəxsin kim olduğu maraqlıdır.

Araşdırmalarımıza görə, park üçün ərazini hasara alan və satışa çıxaran məmur ləğv olunan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olmuş Kərəm Həsənovdur. Kərəm Həsənov komitə sədri olduğu zaman bu kimi əməlləri ilə məşhur idi. Əldə etdiyimiz məlumata görə, park üçün nəzərdə tutulan ərazini qanunsuz olaraq satışa çıxaran məmur də məhz Kərəm Həsənov olub.

Kərəm Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olarkən bu ərazi əvvəlcə hasara aldırılıb və bir müddət ərazi bağlı vəziyyətdə qalıb. Daha sonra hissə-hissə satışının həyata keçirilməsinə start verilib. Lakin məsələdən gec də olsa xəbər tutan İ.Əliyevin müdaxiləsindən sonra bu qanunsuzluğun qarşısı alınıb.

Hazırda ərazinin profilinə uyğun istifadə edilməsi üçün meşə tipli parkın salınmasına start verilib. Dövlət başçısının bununla bağlı müvafiq göstərişi var.

Artıq nə Əmlak Məsələləri Dövlət Komitəsi mövcuddur, nə də Kərəm Həsənov komitə sədridir. Hərçənd ki, Kərəm Həsənovun bu kimi əməllərinin də sayı-hesabı yoxdur. Əldə etdiyimiz məlumatda deyilir ki, eks komitə sədrinin həbsinə hazırlıq gedir. Artıq bununla bağlı Dövlət Təhlükəsizlik Xidməti (DTX) ilə Respublika Baş Prokurorluğunun birgə əməliyyat qrupu yaradılıb və işlərə başlanılıb. K.Həsənovun fəaliyyəti ilə bağlı kifayyət qədər material toplanılıb və araşdırılması üçün birgə yaradılan komissiyaya təqdim edilib.

Yaxın günlərdə K.Həsənovun həbs olunacağı istisna edilmir.

©  Xeber.de

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar