Yasamalın icra başçısı obyektlərdən pul yığdırır? - FOTO

img
+    -

Bakının Yasamal rayon icra başçısı Elşad Həsənovun adı obyektlərdən pul yığılmasında hallanır. Xeber.de sahibkar Nazim Dünyamalıyevə istinadla xəbər verir ki, icra başçısının adını verərək dükanlardan “haqq” alırlar. 

Bu tələbə boyun əyməyənlər isə obyektinin sökülməsi ilə qarşılaşır. N.Dünyamalıyev “facebook”da yazıb ki, ondan tələb edilən rüşvəti verə bimədiyinə görə obyekti yerlə-yeksan olunub.  Sahibkar həyəcanla çağırış edib ki, bu məsələ Prezidentə dərhal məruzə olunmalı, icra başçılarının fəaliyyəti yoxlanmalı, haqsızlığa son qoyulmalıdır. Bildirək ki, Yasamalın icra başçısı E.Həsənov yeni təyin olunanlardandır və əvvəllər bu rayonun deputatı olub.

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar