Yazıçı Kəramət Böyükçöl saxlanılıb

img
+    -

Yazıçı Kəramət Böyükçöl avqustun 18-də günün ikinci yarısında saxlanılıb. Polislər onun yaşadığı evə gələrək qonşuların şikayət etdiyini deyiblər.

Polislərin evə gəlməsini canlı yayım edən yazıçı onlardan məhkəmə qərarını və qonşulardan kimin şikayət etdiyini sual etsə də, cavab almayıb və yayım kəsilib. Canlı yayımda yazıçının zorla aparıldığı görünür.

Kəramət Böyükçöl bir neçə gündür “Facebook” səhifəsində hakimiyyəti sərt tənqid edən canlı yayımlar edir və statuslar yazır.

***

Daxili İşlər Nazirliyi (DİN) yazıçı Kəramət Böyükçölün saxlanılması haqda açıqlama yayıb.

DİN Kəramət Böyükçölün kirayədə yaşadığı binanın sakinləri və evin sahibinin ərazi üzrə polis bölməsinə müraciət etdiyini bildirib.

Bu barədə nazirlik APA-nin sorğusuna cavabında qeyd edib.

“İki gündür həmin mənzildən səs-küy gəldiyini və bu halın qonşuları ciddi narahat etdiyini bildiriblər. Hətta qonşulardan biri bir dəfə qapını döyərək onları sakitliyə riayət etməyə çağırıb. Bu zaman Kəramət Böyükçöl həmin qonşunu təhqir edərək onunla dalaşıb. Bu gün ərazi üzrə polis bölməsinin əməkdaşları daxil olan şikayət əsasında həmin ünvana gedib. Sərxoş vəziyyətdə olan Kəramət Böyükçöl saxlanılıb. Hazırda araşdırma aparılır”,-deyə DİN mətbuat xidməti bildirib.

Mənbə © Meydan TV /APA

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar