Yeni il yarmarkaları nə dərəcədə TƏHLÜKƏSİZDİR?

  • Avropa
  • 25 Dek 01:07
  • 187 Oxunma
img
+    -

Almaniyada yeni il yarmarkalarında təhlükəsizlik tədbirləri artırılıb. Xeber.de-nin məlumatına görə, ötən gün paytaxt Berlindəki yeni il yarmarkasında polisin keçirdiyi əməliyyatla iki əcnəbinin şübhəli şəxs qismində saxlanılmasından sonra bütün yarmarkaların giriş və çıxışları avtomobillər üçün bağlanıb, xüsusi postlar qurulub. 

Yarmarkalarda xidmət edən təhlükəsizlik xidətinin və polis əməkdaşlarının sayı iki qatına çıxarılıb. 

Hətta əvvəlki illərdən fəqli olaraq yarmarkalarda satıcı kimi xidmət aparan polis əməkdaşları da var.

Məlumat üçün bildirək ki, dekabrın 23-də Almaniyanın paytaxtı Berlində keçirilən yeni il yarmarkasında iki nəfər şübhəli şəxs kimi saxlanılıb. Şəxsiyyətləri müəyyən ediləndən sonra məlum olub ki, birinin 21, digərinin 24 yaşı olan bu iki şəxs Suriyadan gəliblər. Berlin polisi həmin şəxslərin saxlanılmasını “onların özlərini bir qədər qəribə aparması, yaxınlıqdakı çadırlara tərəf boylanması, öz aralarında söhbət edə-edə ətrafda baş verənləri telefon kamerasına çəkmələri” ilə izah edib. 

Saxlanılan şəxslərlə bağlı araşadırma davam etdirilir. 

Oxşar yazılar