Zakir Fərəcovdan Polad Həşimov QADAĞASI ? - VİDEO

img
+    -

Sumqayıtda şəhid gerneralımız Polad Həşimovun portretinin yanında asılan Türkiyə bayrağının endirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər birmənalı qarşılanmadı. Xeber.de-yə Sumqayıt sakinlərindən verilən məlumata görə, artıq bir neçə həftədir ki, şəhər icra hakimiyyətinin nümayəndələri küçə-küçə gəzərək, Tovuzda Ermənistanın təxribatı nəticəsində şəhid olan general-mayor Polad Həşimov və digər şəhidlərimizin portretlərinin vurulduğu obyekt sahiblərinə onları yığışdırmalar ilə bağlı xəbərdarlıq edirlər. Qərara etiraz edən sakinlər isə, polis gücü ilə obyektlərin qarşısındakı portretlərin yığışdırılacağı ilə hədələnirlər. 

“Avtomobillərdə olan şəkillər cırılır” 

Sumqayıt sakinlərindən verilən məlumatda deyilir ki, şəhid generalımızın şəklinin vurulduğu avtomobillər də Yol Patrul Xidməti (YPX) əməkdaşları tərəfindən saxlanılaraq şəkillərin çıxarılması ilə bağlı xəbərdarlıqlar alırlar.
“Xalq öz şəhidinin xatirəsini əziz tutmaq üçün onun şəkillərini işlədikləri obyektlərin, sürdükləri avtomobilinin şüşəsinə vurur. Ancaq Sumqayıt İcra Hakimiyyəti nümayəndələri gəlib o şəkillərin yığışdırılması ilə bağlı göstəriş verir, camaatı hədələyirlər. Şəhərdə taksi fəaliyyəti ilə məşğul olan şəxslərin çoxu avtomobilinin arxa şüşəsinə şəhid generalımız Polad Həşimovun şəklini yapışdırıb. İndi YPX əməkdaşları onları harda saxlasa, şəkilləri çıxarmalarını tələb edir. Soruşanda da deyirlər ki, qərar icra başçısı Zakir Fərəcovdan gəlib” – deyə sakinlərdən biri saytımıza bildirib. 

“Şəhid guşəsi və bayraqlar yerindədir”

Sumqayıt şəhərində şəhid guşəsində Azərbaycan və Türkiyə bayraqlarının Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən endirilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.


Bunu Xeber.de –yə açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev deyib.
Onun sözlərinə görə, icra hakimiyyəti tərəfindən belə bir tapşırıq verilməyib: "Videoda əks olunan görüntünün araşdırılması zamanı məlum olub ki, ərazidə yaşayan vətəndaş tərəfindən bayrağın səliqəyə salınması istəyini başqa bir vətəndaş yanlış anlayıb və buna etirazını bildirib.
Bu gün də həmin guşə və bayraqlar yerindədir. Azərbaycan bayrağı hər birimizin qürur, fəxarət mənbəyidir, o cümlədən qardaş Türkiyə bayrağı hər bir azərbaycanlı üçün eyni dəyəri ifadə edir".

E. Qocayev qeyd edib ki, şəhərdə avtomobil və obyektlərin şüşəsinə vurulan portretlərin yığışdırılması ilə bağlı da icra hakimiyyəti tərəfindən bir göstəriş olmayıb. 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar