Almaniyanın koronavirus imtahanı

img

Almaniyanın koronavirus imtahanı

Bu gündən Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətində koronavirus (Covid-19) səbəbiylə təhsilə 35 gün ara verilir. Yaşadığım bu bölgədə virus səbəbilə 6 nəfər həyatını itirib, 2113 nəfər də yoluxub. Ümumən Almaniyada koronavirus diaqnozu qoyulan xəstələrin sayı 5000-ni keçib, ölənlərin sayı 13-ə çatıb.

Digər tərəfdən Şimali Reyn-Vestfaliyanın şəhərlərində bir çox konsert, teatr, kino və buna bənzər tədbirlər ləğv edilib. Təhsilə ara verilməsi, sərhədlərin bağlanması və yoxlamaların artırılmasının Almaniya iqtisadiyyatına böyük zərər vuracağı proqozlaşdırılır. Ancaq alman hökumətinin bununla bağlı bir “B” planı var. Ötən gün Almaniyanın iqtisadiyyat və enerji naziri Peter Altmaier Almaniya İnkişaf Bankında 500 milyard avro kreditin hazır olduğunu bildirib. Nazir qeyd edib ki, 2008-ci ildəki böhrandan nəticə çıxaröblar və insanların işini itirməməsi, şirkətlərin iflas etməməsi üçün zəruri bütün addımlar atılacaq.

Bizim əyalətlərdə məktəblərin bağlanmasından sonra bir panika havası höküm sürür. İnsanlar marketlərə axın edir, kortəbii şəkildə əllərinə nə keçdi alırlar. Marketlərdə un, makaron, konservləşdirilmiş qidalar tapmaq olmur. Market çalışanlarından biri ilə söhbət əsnasında öyrəndim ki, təkcə şənbə günü 4 günün satışını bir gündə ediblər. 

Apteklərdə dezinfiksiyaedici ləvazimatlar tapılmır. İnsanların çoxu bu tip ləvazimatları onlayn sifariş verirlər. O da 5-6 günə ancaq gəlib çıxır. Almaniya Səhiyyə Nazirliyinin qərarı ilə, maska, qoruyucu geyim və dezinfeksiyaedici maddələrin ixracı daxili təlabatı tam ödəmək məqsədi ilə dayandırılıb. 

Klinikaların çoxu görüş vaxtlarını (Termin) təxirə salıb, dövlət xəstəxanaları da, tibbi personlı və digər xəstələri qorumaq məqsədi ilə koronavirus şübhəsi olanları birbaşa xəstəxanalara gəlməməyə çağırıb. 

Çәrşәnbә günündәn etibarәn Almaniyada regional qatarların gedişi də nisbәtәn mәhdudlaşdırılacaq. Sәbәb bәzi dәmiryol işçilәrinin mәktәb vә baxçaya getmәyәn uşaqlarına görә evdә qalmağa mәcbur olmasıdır. Bundan әlavә sәrnişinlәrlә personal arasında kontaktı minimuma endirmәk üçün bilet yoxlanışı da dayandırılacaq.

Almaniya eyni zamanda müvəqqəti olaraq sığınacaqaxtaranların deportasiyasını dayandırıb. Əsasən “Dublin sazişi”nə görə İtaliya, Yunanıstan , Latviya və s. kimi Şengen ölkələrə deportasiyalar təxirə salınıb. Bildiyiniz kimi Ümumdünya Səhiyyə Təşkilatı İtaliyanı pandemiyanın Avropadakı episenteri elan edib. 

İtaliya da son 24 saat ərazində 368 nəfərin koronavirus səbəbi ilə öldüyünü açıqlayıb. Bu ölkədə virusa yoluxanların sayı 24 747-ə, ölənlərin sayı isə, 1809-a yüksəlib. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!