"Black Friday”- yoxsa iqtisadiyyatın “cümə axşamı”?! 

img

"Black Friday”- yoxsa iqtisadiyyatın “cümə axşamı”?! 

 

Dünyada “istehlak kultu" (hətta istehlak “dini” də demək olar) yarnandan sonra iqtisadiyyatın inkişafında yeni mərhələ başlandı. Dünyanın inkişaf etmiş ölkələrində əhalinin həyat səviyyəsi, qazancları yüksəldikcə istehlak kultu artmağa başladı, istehlakşı dəvranış qaydaları təşviq edildi, lüks əşyalar və xidmətlər bazarı genişləndi, amma sonra bu “brendlər” daha aşağı təbəqələrə çatmaq üçün öz siyasətlərini dəyişib əsas hədəf kimi “orta və açağı seqmenti” seçdilər. İstehlak kultu təşviq olduqca istehsal artdı, istehsal artdıqca daha çox resurslara təlabat yarandı – nəhayətində istehlak kultu iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrildi. 
"Black Friday” ilk dəfə 1966-ci ildə ABŞ-da tədbiq edilməyə başladı, “Şükran Günü” və Yeni İl bayramları ərəfəsində ticarət şəbəkələri istehsalçılarla razılaşaraq köhnə kolleksiyaları, piştaxtalarda yığılıb-qalmış malları 50-90% güzəştlərlə satışa çıxardılar. Bu böyük marağa və ajiotaja səbəb oldu, piştaktalar və anbarlar boşaldı, ticarət dövriyyəsi kəskin artdı və bu da istehsalçıların, ticarət şəbəklərinin qazanclarını yüksəltdi. Nəticə etibarı ilə istehsalçılar daha çox istehsal etməyə, bunun üçün əlavə zavod-fabriklər yaratmağa başladılar ki, bu da iş yerlərinin artmasına səbəb oldu, daha çox xammala ehtiyac yarandı. Nəticədə də istehlak ehtiyaca görə deyil də, dəbə və davranış qaydalarına görə formalaşmağa başladı. 
Bu gün dünyada "Black Friday” ilə bağlı ciddi əks-kompaniya gedir: Artıq olğunlaşmış, təhsil səviyyəsi artmış, “yaşıl həssaslıq” (ekoloji həssaslıq) yaranmış toplumlar istehlak kultuna qarşı çıxırlar, davranış qaydalarını dəyişirlər. Artıq dəb sadə geyim, sadə həyat tərzi, bahalı maşınla deyil də, eliktriklə çalışan kiçik individual daşıma aracları, velosipedlər populyar olur. Qərbdə istehlak kultu dağılır, əvəzində üçuncü dünya ölkələrinə bu dəb yeni yayılır. “Minimalizm” həyat tərzinə çevrilir, insanlar düşünürlər ki, istehlak kultu lazım olduğundan daha çox resurs xərcləməyə, lazım olduğundan daha çox məhsul istehsalına səbəb olur ki, bu da Dünyanın ekoloji tarazlığına mane olur, dünyanı məhvə aparır. 
Bu arqumentləri anlayır, çevrəçi bir dünya görüşü sahibi kimi hətta dəstəkləyirəm, amma iqtisadçı kimi dərindən düşünməyə də çalışıram. Minimalistik həyat tərzi dəbə çevrilsə, istehlak kultu məhv olsa bu istehsal sahələrinin, logistikanın azalmasına, nəticə olaraq da işsizliyə səbəb olmayacaq ki?! Üçüncü dünya ölkələri, hansılar ki, dünyada istehlak edən malların 75%-nə qədərini istehsal edir – bunlar öz profilini necə dəyişəcək?! İqtisadiyyatın növbəti formatı və inkişafı hansı prinsiplər üzərinə oturacaq?! İstehlak kultunu nə əvəz edəcək ki, iqtisadiyyatda dinamizm itməsin?! 
Bu suallar dünyada ciddi müzakirə olunur, bizim məmləkətin gündəmi isə çox dar, cansıxıcı, mənasız və məzmunsuzdur. Biz hələ də normal seçki, insan haqlları, iqtisadi azadlıqlar, rəqabət, ədalətli məhkəmə kimi təməl hüquqların bərqərar olmasını istəyirik, halbuki, dünyada bu mövzular çoxdan müzakirə predmeti deyil. Bəşəriyyət yuxarıda qeyd etdiyim suallar, süni intellekt, onun gətirəcəyi üstünlüklər və fəsadlar haqqında baş sındırır. 
Nə isə, dünyanın güncündə-bucağında qalmışıq, hələ bir çıxıb “Azərbaycan kosmos ölkəsidir”, deyənlər də var...