İflasa uğramış özünüidarəetmə sistemindən qurtuluş

img

İflasa uğramış özünüidarəetmə sistemindən qurtuluş

Azərbaycanda yerli özünüidarəetmə sistemi iflas edib.

İcra hakimiyyətləri xərçəng hüceyrələri kimi orqanizmi içəridən yeyib gəmirən, korrupsiya yuvasına çevrilən, balaca əzazil krallar yetişdirən, ictimai rəydə tamamilə özünü diskreditasiya etmiş biabırçı bir strukturdur. Bu sahədə köklü islahat aparılmalı, icra hakimiyyətləri ləğv edilməli və ədəmi mərkəziyyət (desentralizasiya) prinsipi tətbiq edilərək yerli idarəçiliklə bağlı bütün səlahiyyətlər seçkili orqan olan bələdiyyələrə verilməlidir.

Digər radikal islahat ölkənin inzibati ərazi quruluşunun dəyişdirilməsi olmalıdır. Dibsiz quyu kimi büdcə vəsaitlərini udan cırtdan rayonları birləşdirib, ən uzağı 10 civarında vilayət yaratmaq olar. Bu vilayətlərin inzibati mərkəzlərinə böyükşəhər statusu verilməlidir.

Artıq zəruri və qaçılmaz hala gəlmiş bu islahatlar ölkənin mənzərəsini tamamilə dəyişdirərdi.