Parlament seçkiləri məmləkətin qurtuluşudur

img

Parlament seçkiləri məmləkətin qurtuluşudur

Ölkədə çox ciddi hadisələr olur, amma bu hadisələrin hələ də ciddi müzakirəsini görmürük. Hökumətdən belə müzakirələri gözləmək əbəsdir, zatən onların vizionunda xalq yoxdur ki, ictimayyətə atılan addımların məntiqi izahını etsinlər. Biz öz imkanlarımız çərçivəsində məsələləri ÖNCƏDƏN bəzi hadisələrin olacağını proqnozlaşdırmışdıq, artıq baş verən hadisələrin də izah etməyə çalışırıq (1 ay öncə “Ölkədə nə baş verir” adlı video çəkdim, 30 minə yaxın baxış var, şərhlərdə videonu bir daha payşacam), amma bu azdır – sivil toplum, müxalif partiyalar birgə müzakirələrini intensivləşdirməli, vəziyyətin paffossuz, boğazdan yuxarı bəyanatlarsız doğru-düzgün analizi aparılmalıdır. Məmləkət ciddi dönüş nöqtəsinə qədəm qoyur – növbədənkənar Parlament seçkiləri məmləkətin qurtuluşu üçün son şansdır. Məsuliyyətli olmalı, bütün müxalif camiyası olaraq buna ciddi hazırlaşmalıyıq. Bu şansı qaçırsaq ölkənin gedişatı ürəkaçan olmayacaq, xaosa qapı aralanacaq. Hakimiyyət də öz məsuliyyətini dərk etməlidir – bu seçkiləri də ənənəvi olaraq total saxtakarlıqla keçirəcəklərsə qaçılmaz olan xaosun məuliyyəti ancaq indiki iqtidarın üzərində olacaq...