Ya bizimkilər!

img

Ya bizimkilər!

Gürcülər parlament seçki qanunvericiliyinə düzəliş etmir deyə küçələrə tökülüb, bizdə seçki qanunvericiliyi nədir desən, kütlə başını bulayar. İranda benzin qalxıb, millət də ayağa qalxıb, bizdə gecəylə "zapravka"larda növbədir, hərə əlində bir vedrə, 5 litr benzin qabağa düşməyə çalışır, dünyanın bir çox yerindən Avropaya sığınacaq almaq üçün miqrant axını var, amma qoca qitədə yalnız bizimkilərin adı mühacir biznesi, saxta arayış və s.maklerlikdə hallanır. Nə əcaibik, nə əcaib...Hanı mənim qoç Koroğlum, Babəkim, Beyrəkim, uca Şirvinim, Dədəm Qorqudum gəlib izahat versinlər...