YAP-lı seçkilər

img

YAP-lı seçkilər

İqtidarın namizədləri bu gün-sabah açıqlanmalıdır. Şərti olaraq "yenilər" deyə biləcəyimiz, 1-ci vitse-prezidentə yaxın olan şəxslərin YAP bayrağı altında seçkilərə qatılması onlar adına böyük xəta və topluma yanlış mesaj olar. Çünki YAP ötən illərin bütün neqativini özündə toplayan, ictimai şüurda yalnız mənfi assosiasiyalar doğuran bir ballasta çevrilib. Rüşvətxorluğa və digər cinayətlərə görə həbs olunan, işdə yol verdiyi nöqsanlara görə vəzifədən çıxarılan adamların hamısı bu partiyanın üzvləridir.

Əgər yenilər mənim rəyimi soruşsalar, məsləhət görərdim ki, bu ağır yükü çiyinlərindən atıb, seçkilərə müstəqil şəkildə qatılsınlar. Sonra yeni siyasi partiya yaradıb, həm cəmiyyət, həm də müxalifətlə permanent dialoq şəraitində yollarına davam edərək ölkədə yeni siyasi münasibətlərin qurulmasına töhfə versinlər. Və nəhayət, demokratikləşmə həmləsi başladaraq Azərbaycan siyasətində tarixi əhəmiyyətli, möhtəşəm bir reformaya imza atsınlar.

Bilirəm, çoxlarınız deyəcək ki, mümkün deyil. Mən isə düşünürəm ki, mümkündür.